Region

Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb

Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb

Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları yenidən başlayıb.

APAGürcüstan mətbuatına istinadən xəbər verir ki, parlament binasının yerləşdiyi Rustaveli prospektində avtomobillərin hərəkəti bağlanıb.

Çitadze və Çiçinadze küçələri də polis tərəfindən bağlanıb və sözügedən küçələrdə hərəkət məhdudlaşdırılıb.

Parlamentin qarşısına toplaşan mitinq iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər.

Xatırladaq ki, Tbilisidə artıq doqquzuncu gündür ki, etiraz aksiyaları keçirilir.

NE
Nihadə Eyyubova