Nazir yeni idarə rəisi təyin etdi

SİYASƏT 06 dekabr 2024, 17:19
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinə yeni rəis təyinatı olub.

Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin imzaladığı müvafiq əmrə əsasən, Pərvin Vaqif oğlu Kazımov Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi təyin edilib.

P.Kazımov bu təyinatadək nazirliyin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyun 2025, 22:13
Top