Tanımadığı şəxs metroda qadına iynə vurmağa cəhd edib

DÜNYA 05 dekabr 2024, 21:11
Sankt-Peterburq metrosunda naməlum şəxs  qadına şprislə iynə vurmağa cəhd edib.

Demokrat.az xəbər verir ki, zərərçəkmiş bu barədə "İnstagram" səhifəsində paylaşım edib.

Qadının dediyinə görə, "Mayakovskaya" stansiyasında eskalatorla qalxan zaman tanımadığı şəxs ona yaxınlaşıb. Həmin an o, bir sancı hiss edib, panik atak keçirib. Cinayətkar üzr istəməyə başlayıb, lakin onun arxasınca getməyə davam edib. Buna görə də zərərçəkmiş ən yaxın ticarət mərkəzində  mağazalardan birində gizlənməli olub. Polis araşdırma başladıb. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 fevral 2025, 11:47
05 fevral 2025, 11:32
Top