Ceyhun Bayramov Aİ-nin ali nümayəndəsi ilə regionu müzakirə etdi

SİYASƏT 05 dekabr 2024, 12:22
ATƏT-in Maltada keçirilən nazirlər konfransı çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Kalas "X" səhifəsində yazıb.

“Bu gün mənim Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ilk görüşüm oldu. Biz Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı və Azərbaycanla Ermənistan arasında nizamlanma prosesini müzakirə etdik. Mən regionda sabit sülhün bərqərar olmasına yönəlmiş bütün səyləri dəstəkləməyə hazıram", - diplomat qeyd edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 21:48
Top