Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri müavini İŞDƏN AZAD OLUNDU — İDDİA

SOSİAL 04 dekabr 2024, 16:52
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri müavini Anar Məmmədov tutduğu vəzifədən azad edilib.

Bu barədə Editor.az-a məlumatlı mənbələrdən informasiya daxil olub.

Mənbənin iddiasına görə, Anar Məmmədovun bağçalara, məktəblərə direktor, direktor müavini təyin edilməsinin müsahibə mərhələsində yol verdiyi nöqsanlarla bağlıdır. Mənbə iddia edir ki, Anar Məmmədov müsahibələr vaxtı müəllimlərə münasibətdə göstərdiyi adekvat olmayan yanaşma kütləvi etiraz doğurub və onun vəzifəsini itirməsi ilə nəticələnib.

Editor.az qeyd olunan iddialarla bağlı dünəndən etibarən Bakı şəhəri üzrə təhsil idarəsinin mətbuat xidmətinə yazılı və şifahi sorğular versə də hər hansı cavab əldə edə bilməyib.

Qeyd edək ki, informasiyanın yaxın günlərdə ictimaiyyətə rəsmi qaydada elan ediləcəyi gözlənilir

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
Top