İnsanların çoxu gündə 400-600 IU D vitamini qəbul etməlidir. Yaşlılar, hamilə qadınlar, prediabetlilər və yeniyetmələr vitaminə daha çox ehtiyac duyurlar.
Demokrat.az xəbər verir ki, bunu Tufts Universiteti Tibb Məktəbinin ekspert qrupu müəyyən edib.
D vitamini bədənin sümük böyüməsi üçün vacib olan kalsium və fosforu mənimsəməsinə kömək edir. Xərçəng hüceyrələrinin böyüməsini azaldır, immunitet sisteminə infeksiyalarla mübarizə aparmağa kömək edir və bədəndə iltihabı azaldır.
Dəqiq istehlak səviyyələrini təyin etmək üçün elm adamları müxtəlif cins və yaşda olan insanların iştirak etdiyi araşdırmaları təhlil ediblər.
Məlum olub ki, D vitamini ana və dölün sağlamlığını təhdid edən preeklampsi (hamiləlik zamanı qan təzyiqinin təhlükəli artması) riskini azaldır. Vitamin D həmçinin döl ölümləri, vaxtından əvvəl doğuşlar və neonatal ölüm riskini azaldır. Alimlərin fikrincə, hamilə qadınlara gündə orta hesabla 2500 IU D vitamini lazımdır.
75 yaşdan yuxarı şəxslər üçün tövsiyə olunan doza gündə təxminən 900 IU təşkil edir
Əfsanə Kamal
Demokrat.az