"Gürcüstanda vəziyyətin qarışması Azərbaycana da ziyandır"— Politoloq

SİYASƏT 03 dekabr 2024, 15:54
"Gürcüstan Qərblə münasibətdə müstəqil siyasət aparmaq istəyir. Birmənalı şəkildə qərb dövlətlərinin istədiyini etmək yerinə aparılan siyasəti Gürcüstanın reallıqlarına uyğunlaşdırmaq prinsipi yürüdürlər. Ona görə də Gürcüstanda Avropa qurumlarının istədiyi qanunların qəbul etdirilməsinə ciddi müqavimət göstərirlər. Avropa Gürcüstanın istəmədiyi qərarları qəbul etdirməyə çalışır. Buna LGBT və xarici agentlər haqqında qanun layihəsində Gürcüstanın nümayiş etdirdiyi mövqe nümunədir. Gürcüstan çətin keçid qarşısındadır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib: 

"Bölgədə Avropa ilə sərbəst münasibət qura bilən ölkə yalnız Azərbaycandır. Azərbaycan müstəqilliyini möhkəmləndirməyə başladığı dövrdən etibarən bu kursla hərəkət edir. Bu kurs üzərində Azərbaycanın diplomatiyası formalaşıb. Ona görə də ölkəmiz belə böyük çətinliklərlə qarşılaşmır".

O bildirib ki, Gürcüstan "ziqzaqlı" siyasət aparır:

"90-cı illərdə daha çox Rusiya ilə yaxınlaşırdı. 2000-ci illərdən başlayaraq xarici siyasəti dəyişmək istədi. Avropa ilə yaxınlaşdı. Ondan sonra Avropadan lazımlı dəstəyi ala, ərazi itkilərini bərpa edə bilmədi. Gürcüstanda daha müstəqil siyasi kurs həyata keçirmək istəyənlər meydana çıxdı və hakimiyyəti ələ keçirdilər. Bu şəraitdə Gürcüstanı böyük çətinliklər gözləyir. Tərəfsiz siyasət aparmaq olduqca çətindir. Belə olan halda xarici müdaxilələrin sayı artır. Digər yandan Gürcüstanın müttəfiqləri çox azdır. Gürcü lobbisi yox dərəcəsindədir. Gürcüstan höküməti və xalqının ciddi iradə nümayiş etdirməsi ölkənin köməyinə çata bilər. Biz Gürcüstanın stabil dövlət olmasını istəyirik. Ölkəmizin bir çox transregional layihələri Gürcüstan ərazisindən keçir. Vəziyyətin qarışması Azərbaycandan da ziyandır. Gürcü cəmiyyətinin iradəsi möhkəm olmalıdır". 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:51
Top