USQ-yə Tramp hakimiyyətə gələnə qədər Kurskun bir hissəsini saxlamaq əmr edilib

DÜNYA 03 dekabr 2024, 14:38
Kursk vilayətinin bir hissəsinə nəzarəti ələ keçirən Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələrinə işğal olunmuş əraziləri yanvarın sonunadək - ABŞ-da yeni seçilmiş prezident Donald Tramp hakimiyyətə gələnə qədər saxlamaq əmr edilib.

Bu barədə bir neçə ukraynalı hərbçi "BBC News”a bildiriblər.

"Bizim qarşımızda duran əsas vəzifə Trampın andiçmə mərasiminə və danışıqlara başlayana qədər mümkün qədər çox ərazini saxlamaqdır. Sonra nəyəsə dəyişidirəcək. Lakin nəyə dəyişdiriləcəyi heç kim bilmir”, - ukraynalı hərbçilərdən biri bildirib.
Digər bir hərbçi isə böyük yorğunluqdan, rotasiyanın olmamasından və digər cəbhələrdən əsasən orta yaşlı kişilərdən ibarət bölmələrin gəlişindən danışıb. Eyni zamanda, Ukrayna hərbçiləri çətin hava şəraitini və Rusiyadan davamlı bombardmanları, o cümlədən idarəolunan bombalarından istifadəni qeyd ediblər. Onların fikrincə, Rusiya qoşunları tədricən əraziləri geri alır və Ukrayna Silahlı Qüvvələrini ərazidən sıxışdırılması "sadəcə vaxt məsələsidir”.
Noyabrda Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Trampın andiçmə mərasimindən əvvəl Ukrayna ordusunu Kursk vilayəti ərazisindən sıxışdırıb çıxarmaq istəyir. "Onun üçün vəziyyətə nəzarət etdiyini nümayiş etdirmək çox vacibdir. Lakin o, vəziyyətə nəzarət etmir”, - Zelenski qeyd edib.

Ukraynaya Rusiyanın Kursk yaxınlığındakı əks-hücumunun qarşısını almaq üçün ABŞ, Böyük Britaniya və Fransa Kiyevə Rusiyadakı hədəflərə qarşı uzaqmənzilli silahlardan istifadə etməyə icazə veriblər. Lakin Ukrayna hərbçilərinin sözlərinə görə, onlar bu hücumlardan hələ də döyüş meydanında heç bir təsir hiss etməyiblər. 

Kreml Kursk vilayəti  Ukrayna Silahlı Qüvvələrindən azad edilənə qədər Ukrayna ilə danışıqlara getməyəcəklərini bəyan edib. Noyabrın 5-də keçirilən seçkilərdə qalib gələn Tramp 2025-ci il yanvarın 20-də rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq. O, Ukraynadakı müharibəni tez bir zamanda dayandıracağına söz verib. Eyni zamanda, Trampın müşavirlərindən hərbi münaqişəyə son qoymaq təklifləri hazırkı cəbhə xəttinin dondurulmasını və Ukraynanın NATO-ya daxil olması ilə bağlı danışıqların dayandırılmasını nəzərdə tutur. (Qaynarinfo)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:51
Top