Litva Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvilinin ölkəyə girişinə qadağa qoyub.
Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Litvanın XİN rəhbəri Qabrielius Landsbergis öz “X” hesabında paylaşıb.
İvanişvili ilə yanaşı, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və digər yüksəkvəzifəli məmurlar da sanksiya siyahısına daxil edilib.
Qeyd edək ki, Landsbergis dekabrın 1-də Estoniya, Latviya və Litvanın Gürcüstanda bir neçə rəsmi şəxsə qarşı birgə sanksiyalar tətbiq etməklə bağlı razılığa gəldiklərini açıqlayıb. Sanksiyalar hazırda paytaxt Tbilisidə hökumət əleyhinə davam edən sanksiyalar fonunda tətbiq edilib.