Azər Türk Bank güzəştli kredit kampaniyasını davam etdirir

MALİYYƏ 02 dekabr 2024, 10:30
Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə müştərilər üçün sərfəli kampaniyanın 02 dekabr 2024-cü il tarixindən etibarən daha iki ay müddətinə uzadılması ilə bağlı qərar verib. 

Kampaniya ərzində fiziki şəxslər illik faiz dərəcəsi 11% olmaqla 12 ayadək müddətə kredit əldə edə biləcəklər.

Eləcə də müştərilərə illik faiz dərəcəsi 13% həcmində 24 ayadək olan kredit təklif edilir. Bu müddətə götürülən kreditlər üzrə komissiya – 0%.

Bundan başqa Bank illik 14%-lə 36 aylıq və illik 15%-lə 48 aylıq kreditlər verir.

Qeyd edək ki, zaminsiz kreditin maksimal məbləği 35 000 manatdan 40 000 manata qaldırılmışdır. Beləliklə, indi hər bir fiziki şəxs, özünün rəsmi gəlirinə uyğun olaraq, zaminsiz 40 000 manat məbləğində kredit ala bilər.

Azər Türk Bankın saytına daxil olmaqla krediti online sifariş vermək olar.

Kampaniya 2025-ci il 31 yanvar daxil olmaqla, həmin tarixədəkdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top