Dünya

Türkiyədə ağır qəza: 5 nəfər öldü

Türkiyədə ağır qəza: 5 nəfər öldü

Türkiyədə ağır avtomobil qəzası baş verib.

Demokrat.azxəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Hadisə Bartında yaşanıb. İnkum istirahət mərkəzindən Bartına hərəkət edən avtomobil idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn yük maşını ilə toqquşub.

Qəza yerinə gələn xilasetmə qrupları avtomobildə sıxışan 5 nəfərin hamısının həyatını itirdiyini müəyyən ediblər.

Cəsədlər Bartın Dövlət Xəstəxanasının morquna aparılıb.

D
demokrat.az