Litva yaşayış icazəsi almaq qaydalarını sərtləşdirib

DÜNYA 30 noyabr 2024, 16:50
Litva hakimiyyəti əcnəbilər üçün yaşayış icazəsi qəbulu qaydalarını sərtləşdirib.

Demokrat.az
xəbər verir ki, bu barədə miqrasiya departamentinin direktoru Evelina Qudzinskaite bildirib.

Dəyişikliklər ölkədən kənarda fəaliyyət göstərən xarici xidmət provayderlərinə müraciət edən əcnəbilərə təsir edəcək.

“Xarici xidmət təminatçıları yalnız fəaliyyət göstərdikləri ölkənin vətəndaşlarının müraciətlərini qəbul edə biləcəklər. Bu sərəncam noyabrın 30-dan qüvvəyə minir”.

Qərar miqrasiya sahəsində mövcud tendensiyalar, eləcə də Litvanın milli təhlükəsizliyinə mümkün təhdidlər nəzərə alınmaqla qəbul edilib.

2024-cü il dekabrın 1-dən Litvada Rusiya və Belarusla sərhəddə keçid məntəqələrində elektron növbələr tətbiq olunacaq.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top