Ermənistanda daxili problemlər nə ilə sonlanacaq?

REGİON 29 noyabr 2024, 19:27
“Hazırda Ermənistanda sosial, iqtisadi, siyasi zəmində kifayət qədər narazılıqlar var. Narazılıqlar müəyyən dalğalarda özünü göstərsə də, kütləvi etiraz hərəkatları formasında özünü göstərmir. Narazılıq elə sürətlə böyüyür ki, yaxın zamanda kütləvi ictimai nümayişlər formasında özünü göstərəcək. Bunu Ermənistan hakimiyyəti də, xaricdəki müttəfiqləri də görür. Bütün bunların qarşısını almaq üçün sosial iqtisadi problemləri həll etmək yerinə insanların fikirlərini yanlış istiqamətə yönəldirlər. Sanki bütün bu narazılıqların kökündə Azərbaycanın Ermənistana qarşı apardığı siyasət yatır”. 

Bu sözləri Demokrat.az-a politoloq Aydın Quliyev deyib.

“Ermənistanın xaricdəki müttəfiqləri onu silahlandırmağa başlayıblar. Bu Ermənistanı yeni müharibəyə hazırlamaq məqsədinə xidmət edir. Paşinyan hakimiyyəti müharibəyə hazırlıq görməklə cəmiyyətin narazılıqlarının qarşısını almaq istəyir. Qarşıdakı seçkilərdə hakimiyyət mövqeyini möhkəmləndirmək haqqında düşünür. Diqqəti öz siyasi uğursuzluqlarından yayındırmağa çalışır. Ermənistanda vəziyyət kütləvi ictimai, siyasi narazılıqlar üzərində dayanır. Bu vəziyyət uzun müddət davam etməyəcək. Xüsusilə son zamanlar güc strukturlarının rəhbərlərinin dəyişdirilməsi müharibə hazırlığı, cəmiyyətin narazı tərəfinin aktivliyinin aşağı salınmasına xidmət edir”.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noyabr 2024, 21:27
Top