Bu ərazilərə qar yağdı

HADİSƏ 29 noyabr 2024, 10:14
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Demokrat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 28 mm-dək (aylıq normanın 50-115 %-i), Ağdamda 10 mm, Füzuli, Qusarda 5 mm, Şuşa, Altıağacda 4 mm, Xaçmaz, Xaltan, Şəki, Naxçıvan, Şəmkir, Qax, Oğuz, Qobustan, İmişli, Sabirabad, Şabran, Kəlbəcər, Zəngilan, Cəfərxanda 3 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 20, Əlibəydə (Zaqatala) 18, Qrızda 17, Şahdağda 12, Altıağacda 10, Xınalıqda 9, Ləzə, Xaltanda 5, Gədəbəydə 2 sm olub.

Sarı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi ərazilərində şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsəndə 20 m/s, Qobustan, Mingəçevirdə 18 m/s, Lerikdə 16 m/s-dək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.

Sumqayıt, Quba, Qrız, Şəki, Altıağac, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 2, yüksək dağlıq ərazilərdə isə 9 dərəcəyədək şaxta qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noyabr 2024, 13:51
29 noyabr 2024, 13:15
Top