Motosiklet "Opel"lə toqquşdu — Ölənlər var

HADİSƏ 28 noyabr 2024, 09:01
Noyabrın 27-də saat 22 radələrində Şəki şəhərində “Opel” markalı avtomobillə  motosiklet toqquşub.

Demokrat.az-ın məlumatına görə, nəticədə motosikletin sürücüsü, 1982-ci il təvəllüdlü Natiq Abdullayev  və sərnişini, 1978-ci il təvəllüdlü Mehman Camalov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top