"Mançester Siti"nin sabiq futbolçusu Gürcüstanın prezidenti ola bilər

DÜNYA 27 noyabr 2024, 13:03
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası deputat və keçmiş futbolçu Mixail Kavelaşvilinin ölkə prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Demokrat.az bu barədə TASS-a istinadən xəbər verir.

"Partiyanın siyasi şurasının qərarına uyğun olaraq, Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini təqdim etdiyimi məmnuniyyətlə bildirirəm", - deyə "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvili partiyanın mərkəzi ofisində keçirilən brifinqdə bildirib.

Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Tbilisidə doğulub. Kavelaşvili futbolçu karyerasına Tbilisinin "Lokomotiv" klubunda başlayıb, sonra "Dinamo"ya keçib və onunla altıqat Gürcüstan çempionu olub (1990-1995).

Daha sonra 1995-ci ildə Vladiqafqazın "Spartak Alaniya" klubuna keçib və onunla birlikdə Rusiya çempionluğunu da qazanıb.

Mixail Kavelaşvili 1996-cı ildə İngiltərənin "Mançester Siti" klubuna keçib. Sonra onu İsveçrə "Grasshopper"inə icarəyə veriblər. Kavelaşvili sonrakı 10 il ərzində İsveçrənin müxtəlif klublarında çıxış edib.

2004-cü ilin ikinci yarısında altı ay müddətinə "Alaniya"ya icarəyə verilib. Bir neçə ildən sonra karyerasına son qoyub.

O, 1991-2002-ci illərdə Gürcüstan millisinin heyətində 46 oyun keçirib və bu oyunlarda 9 qol vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 dekabr 2024, 22:53
Top