“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini BAĞLADI

İQTİSADİYYAT 27 noyabr 2024, 10:41
Məhşur geyim və moda brendi "Christian Dior Couture" Azərbaycandakı şirkətini ləğv edib.

Demokrat.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, "Christian Dior Couture Azərbaycan" MMC ləğv olunduğunu elan edib. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Vincent Simon Pierre Bernarddır. Şirkətin nizamnamə kapitalı isə 4 milyon 350 min avrodur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
12 dekabr 2024, 18:00
Top