"Şapalağı vurub burdan gedərəm"

ŞOU-BİZNES 25 noyabr 2024, 23:56
"İnkişaf etdikcə, tanındıqca ehtiyat edirsən. Hər aparıcının qarşısına çıxmaq, hər verilişə getmək, hər qonaqla oturmaq olmaz. Əvvəl hara çağırırdılar gedirdik".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov "Günə bax" proqramında deyib. Aparıcı dəvət aldığı hər verilişə getmədiyini deyib:

"İndi isə reytinq məsələsi  ucuzlaşıb. İndi söhbət mənim harada özümü rahat hiss etməyimdən gedir. Aparıcıda mənim xarakterimə uyğun material olmalıdır. Qarşıma aparıcı bayağı nəsə qoysa şapalağı vurub gedərəm. Heç vecimə də deyil. İllərdir bu işin içindəyik. Obyektiv olmayan aparıcı və komanda var ki, ora getmək istəmirik".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top