Parisdə Azərbaycan kulinariyası təqdim olundu

MƏDƏNİYYƏT 24 noyabr 2024, 16:36
Fransanın paytaxtı Parisdə Azərbaycan kulinariyası təqdim olunub.

Demokrat.az “Report”a istinadən bildirib ki, tədbir Fransanın aparıcı mühəndis məktəblərindən olan “Ecole des Mines de Paris - PSL”də baş tutub.

Kulinariya tədbirinin keçirilməsində məqsəd müxtəlif ölkənin tələbələri arasında milli mətbəxlər vasitəsilə mədəni irslərini bölüşmək imkanı yaratmaqdır.

Tədbirdə ölkəmizin kulinariya ənənələrini haqqında ətraflı məlumat verilib. Qonaqlar qutab, şəkərbura, paxlava və milli kulinariyadan digər nümunələrlə tanış olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 noyabr 2024, 19:40
Top