Şou-biznes

"Məclisdə ərəb rəqsi oynayan rəqqasə dedi ki, ərim qısqancdır"

Məclisdə ərəb rəqsi oynayan rəqqasə dedi ki, ərim qısqancdır

Müğənni Fədayə Laçınsosial media hesabında paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi məclisdə rastlaşdığıhəmkarından birinəvə rəqqasəyə söz atıb:

"O gün toyda bir müğənni ilə rastlaşdım. Söhbəti belə oldu: Mənim ərim var. Ərimlə evlənmişik. Yaxşı ki, toyumuz oldu. Əri olmayanın günahı özündədir. Ərə sahib olmaq super bir hissdir. Ər, ər, ər. Ərim var. Yaxşı ki, ərimlə tanış olmuşuq. Mənim ərim.

Bir dəfə də məclisə rəqqasə gəlmişdi. Stolların üstündə ərəb rəqsi oynayacaqdı. Dedi ki, məni qabağa salın, tez oynayıb gedim. Ərim çox qısqancdır, evə gec getsəm, inan, başımı kəsər.

Onlar danışdıqca ürəyimdə "Dünya niyə dağılmırsan?" oxuyurdum".

NE
Nihadə Eyyubova