Lukaşenko: “Belarusdakı diktatura amerikalılar tərəfindən uydurulub”

DÜNYA 22 noyabr 2024, 15:49
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarusda diktatura yoxdur. Bu “amerikalılar” tərəfindən yayılan əks təbliğatdır.

Demokrat.az xəbər verir ki, universitetlərin tələbələri ilə “Prezidentlə açıq mikrofon” formatında keçirilən görüşdə o vurğulayıb ki, ölkədə diktatura yoxdur və ola da bilməz.

“Ölkədə diktatura yoxdur və ola da bilməz. Diktator olmaq üçün diktator göstəricilərinə sahib olmaq lazımdır. Yaxşı, məndə diktatorun hansı göstəriciləri var?”-deyə Lukaşenko bildirib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top