Əməkdar artist Mehriban Xanlarova efirdə gərgin dolu anlar yaşayıb.
OLAY yazır ki, hadisə sənətçinin ekspert qismində iştirak etdiyi “Bizimləsən” ictimai-sosial verilişində yaşanıb.
Xanlarova isə onun bu sözlərinə “Bu onların ikinci gəlinidir. Sənin birinci gəlinin toya beş gün qalmış niyə qaçıb evdən?” sual ünvanlayıb.
Qarşı tərəf “Artıq sözlər danışmayın” söyləyərək ayağa qalxıb və aktrisanın üzərinə gedib.
Bu anda isə Mehriban “Üstümə gəlmə… Sənin kimisinin yanında gəlin qalar? O gəlin yaxşı edib gedib” sözlərini ifadə edib.
Bundan sonra ikili arasında söz savaşı daha da böyüyüb. Proqramın aparıcısı Zaur Baxşəliyev qaynatanı sakitləşməyə çalışıb.