Gürcüstan hökumətinin yeni tərkibi gələn həftə parlamentə təqdim olunacaq

DÜNYA 18 noyabr 2024, 17:48
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkə hökumətinin yeni tərkibi noyabrın 25-də təsdiq üçün parlamentə təqdim olunacaq. 

Bu barədə Demokrat.az xəbər verir.

"Gələn bazar ertəsi hökumətin tərkibi etimad ifadəsi üçün Gürcüstan parlamentinə təqdim olunacaq",- deyə Kobaxidze hökumətin iclasında deyib.

Noyabrın 17-də Gürcüstanın müxalifət partiyalarının nümayəndələri, onların tərəfdarları və vətəndaş fəallarının Tbilisidə parlament  seçkilərinin nəticələrinə qarşı yürüş keçirdikləri bildirilir.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası 54,3% səs toplayaraq qalib gəlib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top