"Düyməni sıxan ayaqlar" — FOTOLAR

COP29 16 noyabr 2024, 16:53
Noyabrın 15-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu pavilyonunda "Gilavar Foto Klubu" ictimai birliyi tərəfindən Azərbaycanda mina qurbanlarına həsr olunan fotosərgi təşkil edilib.

“Düyməni sıxan ayaqlar” adlı sərgini ziyarət edən şəxslərə bu günə qədər davam edən mina terroru haqqında ətraflı məlumatlar verilib. Onlar fotolar vasitəsilə bu problemin miqyası ilə yaxından tanış olublar.

Qeyd edə bilərik ki, mina probleminin dünyanın ən mühüm tədbirlərin birində qaldırılması bu məsələnin geniş ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Mina problemi ancaq insanlara deyil, həmçinin təbiətə də öz mənfi təsirini göstərir. Hər mina partlayışı zamanı atmosferə küllü miqdarda tullantı daxil olur. 

Fotosərgi «Təhlükənin kulMİNAsiya nöqtəsi» adlı fotolayihənin tərkib hissəsidir. İnsanları mina və partlamamış hərbi sursatlar, minaların yaratdığı təhlükə və onlardan qorunma qaydaları barədə məlumatlandırmaqdır. Layihə çərçivəsində 30 ildən atrıq müddətdə mina hadisəsi qurbanları olan insanlar ilə görüşlər keçirilib, bu insanların acı durumu fotolarda olduğu kimi göstərilib.

Sərgidə nümayiş olunan fotoların bir qismi okyabrda Çexiyanın paytaxtı Praqa şəhərində sərgilənib. Lahiyə vasitəsilə minlərlə insan Azərbaycanda bu günə qədər davam edən mina terroru ilə bağlı ətraflı məlumat əldə edib. Daha sonra 50 fotodan ibarət ekspozisiya Bakı ictimaiyyətinə təqdim olunub.

































SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top