“Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatlarına malik olan ölkədir. Qafqazın ümumi su ehtiyatlarının cəmi 10%-i Azərbaycanda yerləşir. Sovet dövrünün qiymətləndirməsinə görə bu 30 milyard kub metrdir. İstifadə edə bildiyimiz su miqdarı isə 20 milyard tona yaxındır. İçməli su ehtiyatlarımızın 70%-i Kür və Araz çaylarından gəlir. Bir çox aran bölgələrimizdə su çatışmazlığı yaranır. Çünki su ehtiyatlarımız həddən artıq azdır”.
Bu sözləri Demokrat.az-a “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib:
“BMT-nin hazırladığı hesabata görə 2040-cı ildə Azərbaycanın su ehtiyatları 15%-ə qədər azalacaq. İstilik effekti yaradan qazların atmosferdə artması buzlaqların əriməsinə səbəb olur, həddən artıq quru və yağışlı dövrlər yaşanır. Bu da su ehtiyatlarının azalması deməkdir.
Kür çayında su ehtiyatları azalıb. Yaxın illərdə Kür çayı Xəzər dənizinə gedib çatmırdı. Eyni vəziyyət Volqa və Ural çaylarında da yaşanır. Bunlar bizi artıq su ehtiyatlarına qənaət etməyə təşviq edir”.
O bildirib ki, xüsusilə Araz çayının keçdiyi bölgələr boyunca sudan daha çox istifadə var:
“Sudan həm Ermənistan, həm də Türkiyə istifadə edir. Daha sonra Naxçıvandan Qarabağa keçir, İran sərhədi boyunca gələn çaydan İran həddən artıq çox istifadə edir. Nəticədə çox az hissəsi bizə gəlib çatır. Kür çayı Gürcüstandan keçərək Azərbaycana gəlir. Gürcüstanın su ehtiyatları çox olduğu üçün onlar çaydan az istifadə edir. Ancaq yenə də öz təsiri var. Azərbaycanın suvarma, içməli su sistemi Kür çayı üzərində qurulduğuna görə həddən çox istifadə edilir. Bunu nizamlamağın vaxtı çatıb”.
Ekoloq qeyd edib ki, Su Ehtiyatları Agentliyinin rəsmi məlumatına görə içməli su ehtiyatlarımızın 50%-i itkiyə gedir:
“Bu çox böyük rəqəmdir. Suvarma zamanı torpaq kanallardan istifadə edilir. Torpaq suyu udur və itkiyə gedir. Selləmə suvarma metodunda ərazinin suya yaxın yuxarı hissəsi su ilə təmin olunsa da sudan uzaq, yəni aşağı ərazilərə su çatmır. Nəticədə əkilən bitkinin 50 faizi su ilə təmin olunmaya bilir. Boru xətlərində olan sızma da suyun itkiyə getməsinə səbəb olur. Daha qənaətcil suvarma sistemlərindən istifadə etməliyik. Maşınların yuyulması zamanı istifadə olunan içməli suyu texniki su ilə əvəz etməliyik. İnsanlarımız məişət və sanitar məsələlərdə az sudan istifadə etməklə suya qənaət edə bilərlər. Gələcəkdə olacaq hadisələr haqqında nikbin fikirdə deyiləm. Bir çox ölkələrdə su çatışmazlığı var. Ökələr su ehtiyatlarına görə münaqişə yaşaya bilərlər. Tacikistanla Qırğızıstan arasında münaqişə suya görədir. Amudərya və Sırdərya Orta Asiyanın su ehtiyaclarını ödəyən əsas mənbələrdir. Amudərya və Sırdəryada suyun səviyyəsinin azalması bu çaylardan istifadə edən və iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanan bölgə ölkələri üçün ciddi problemlər yaradır.
Əfsanə Kamal
Demokrat.az