ABŞ: Ukrayna ərazi güzəştləri ilə hədələnir

DÜNYA 15 noyabr 2024, 19:20
ABŞ xəbərdarlıq edir ki, Moskva ilə münaqişə həll olunarsa, Kiyev ciddi ərazi güzəştlərinə getməli olacaq. Demokrat.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

“Ukraynaya deyilir ki, o, ciddi ərazi güzəştlərinə getməli olacaq”, -deyə  materialda qeyd edilib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, seçkilərdə qalib gəlsə, dövlət başçısı Ukraynada hərbi əməliyyatların dayandırılmasına nail olacaq və üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alacaq. Onun sözlərinə görə, 2020-ci il seçkilərində qalib gəlsəydi, Moskva ilə Kiyev arasında silahlı qarşıdurma baş verməzdi.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top