Livanın "Hizbullah" hərəkatının döyüşçüləri ilk dəfə olaraq İsrail Müdafiə Nazirliyinin Təl-Əvivdəki baş qərargahının ərazisinə bir qrup pilotsuz uçuş aparatı (PUA) ilə hücum ediblər.
Demokrat.az bildirir ki, bu barədə "Hizbullah" məlumat yayıb.
Qeyd olunur ki, "Hizbullah"ın üzvləri Təl-Əvivdə, həmçinin İsrail Baş Qərargahı və Hərbi Hava Qüvvələri Komandanlığının qərargahının da yerləşdiyi Hakirya bölgəsinə kamikadze dronlarla hücum ediblər.