Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) inventarını gücləndirəcək mühüm bir hadisəni ictimaiyyətə açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Verilən açıqlamaya görə, 40 ədəd F-16 “Viper” döyüş təyyarəsinin tədarükü üçün lazımi müqavilələr imzalanıb.
Gülər hava gücünü daha da artıracaq başqa bir layihəni də gündəmə gətirib.
Türkiyənin 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi alacağını bildirən Gülər Almaniyanın bu mövzuda uzun müddətdir davam edən probleminin aradan qaldırıldığını açıqlayıb.
NATO müttəfiqlərinin diplomatik təşəbbüsləri nəticəsində Almaniyanın bu satınalmaya razılıq verdiyini deyən nazir Türkiyə HHQ-yə ümumilikdə 80 müasir döyüş təyyarəsinin veriləcəyini vurğulayıb. (Ordu.az)