Hikmət Hacıyevdən sülh danışıqları ilə bağlı MÜHÜM AÇIQLAMA

GÜNDƏM 13 noyabr 2024, 10:21
“Noyabrın sonuna kimi Azərbaycanın gündəmində olan əsas mövzu COP29-dur. Şübhəsiz ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”.

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a açıqlamasında bildirib.

“Sənədin mətnində müəyyən suallar var. Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Çünki erməni tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi. Bu çərçivədə, şübhəsiz ki, dekabr ayından etibarən yeni bir proses olacaq”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
Top