Şimali Makedoniyanın Prezidenti Heydər Əliyev Mərkəzində olub — FOTOLAR

XARİCİ SİYASƏT 11 noyabr 2024, 22:49
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska Davkova noyabrın 11-də Heydər Əliyev Mərkəzində olub.

Demokrat.az xəbər verir ki, Qordana Silyanovska Davkovaya dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib.

Bildirilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə xidmət edir.

Ali qonaq “Azərbaycan inciləri”, “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgilər və digər kolleksiyalar ilə tanış olub.

















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 noyabr 2024, 00:09
Top