Putin Rusiyada alma qıtlığından şikayətləndi: Azərbaycandan tədarük ediləcək

DÜNYA 11 noyabr 2024, 21:49
Rusiya Prezidenti Vladimir Putin Şimali Osetiya-Alaniya Respublikasının başçısı Sergey Menyaylo ilə görüşdə ölkədə alma qıtlığının davam etdiyini və bu problemin həlli istiqamətində inkişafa ehtiyac olduğunu deyib.

Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.

Menyaylo, öz növbəsində bildirib ki, onun regionunda 1,5 min hektar ərazisi olan Rusiyanın cənubundakı ən böyük alma bağı yerləşir.

"Yenə də defisit (çatışmazlıq - red.) var. Təkmilləşdirmənin aparılacağı istiqamət bəllidir", - deyə prezident vurğulayıb.

Qeyd edək ki, avqust ayında Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Oksana Lut iddia etmişdi ki, keçən il Rusiyanın alma ilə təmin edilməsi 87 faiz təşkil edib və hakimiyyət 2028-ci ildə bu rəqəmi 100 faizə çatdırmaq niyyətindədir.

Həmçinin bildirilir ki, Rusiyada may şaxtaları səbəbindən almaların 50%-dən 70%-ə qədəri zədələnib. Rusiya Kənd Təsərrüfatı Nazirliyi də oktyabrın əvvəlində bu şaxtalarla əlaqədar ölkənin mərkəzi və şimal-qərb bölgələrində hazırkı alma məhsulunun normanın cəmi 30-40 faizini təşkil etdiyini qeyd etmişdi.

Məlumata görə, problemin həlli məqsədilə hökumət itirilmiş məhsulu Azərbaycan, Ermənistan, Türkiyə, Serbiya, Çin, Belarus, Dnestryanı və Şimali Koreyadan gətirilən tədarüklərlə əvəz etmək niyyətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top