“Turan” və “Kəpəz”in veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.
Demokrat.az xəbər verir ki, Tovuz şəhər stadionunda reallaşan matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 5:5.
Yoldaşlıq görüşü “Turan”ın çempionluğunun və Azərbaycanı ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar baş tutub.
Qeyd edək ki, “Turan”ın heyətində Etimad Qurbanov, Musa Qurbanov (2), Nizami Ocaqverdiyev və Qurban Qurbanov fərqləniblər.