Astarada şok olay: Kişi sevgilisi ilə əyləndi, arvadını döydü — TƏFƏRRÜAT

HADİSƏ 11 noyabr 2024, 15:40
Astara rayonunda 1995-ci il təvəllüdlü Əsəd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Əfsanəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Astara rayonunun qəsəbələrindən birində baş verib. 

Əsəd birgə yaşadıqları evdə həyat yoldaşı Əfsanə ilə arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun baş nahiyəsinə bir dəfə yumruqla zərbə vurub. 

Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, 2020-ci ildə qəsəbə sakini Əfsanə ilə qeyri-rəsmi evlənib: 

“Qəsəbədə valideynlərimə məxsus evdə yaşayırıq. Bir azyaşlı uşağımız var. Əfsanə evlənməmişdən əvvəl Astara şəhər sakini Səlimə ilə görüşürdüm. Əfsanə ilə evlənəndən sonra Səlimə ilə görüşməkdə davam edirdik. Hətta bir uşağımız da dünyaya gəldik. Bu səbəbdən də aramızda ailə münasibətləri zəminində narazılıq yarandış Şübhələnirdim ki, Əfsanə məndən gizlin telefonda anası ilə əlaqə saxlayır. Hadisədən üç gün əvvəl telefonu ondan aldım. Anası ilə səs danışıqlarına qulaq asanda, məlum oldu ki, Əfsanənin anası Gülarə mənə qarğış edir. Həmçinin Əfsanə də mənim ünvanıma xoşagəlməz sözlər deyir. Bununla əlaqədar Əfsanə ilə aramızda mübahisə oldu. Lakin heç bir dava-dalaş olmadı. Buna baxmayaraq Əfsanə anası ilə telefon əlaqəsi saxlamaqda davam edirdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 15 radələrində olardı evdə olduqları vaxt Əfsanə ona bir daha Səlimə ilə görüşməyi tələb edib: 

“Əfsanənin dedikləri məni qıcıqlandırdı. Buna görə də aramızda yenidən baş verən mübahisə zamanı əsəbiləşərək bir dəfə yumruqla Əfsanənin baş nahiyəsinə zərbə vurdum. Gecə saat 1 radələrində evə gələndə gördüm ki, Əfsanə uşaqla evdə yoxdur. Başa düşdüm ki, ancaq anası evinə gedə bilər. Saat 2 radələri olardı ki, Əfsanənin anasının evinə yaxınlaşaraq qapını döydüm. Heç kim qapını açmadı, mən oradan evimə qayıtdım. Dava-dalaş zamanı evlərində kənar şəxs olmayıb. Dava-dalaş 3-4 dəqiqə davam etdi. Əməlimdən peşmanlıq çəkirəm, zərərçəkmiş şəxslə barışmışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əfsanənin sözlərinə görə, 2020-ci ildə qəsəbə sakinı Əsəd ilə qeyri rəsmi evlənib, bir azyaşlı uşaqları var: 

“Əsədlə evlənəndən sonra məlum oldu ki, əvvəllər Astara şəhər sakini Səlimə ilə də görüşürüb. Mənimlə evlənəndən sonra da Səıimə ilə görüşməkdə davam edirdi. Hətta bir övladları da olub. Bu səbəbdən də aramızda ailə münasibətləri zəminində narazılıq yarandı, mübahisələri oldu. Üç gün hadisədən əvvəl Əsəd telefonumu məndən aldı, anam ilə telefonda danışıqlarıma qulaq asdı və dedi ki, ananla danışanda anan ona qarğış edib, sən də xoşagəlməz sözlər demisən. Buna görə aramızda mübahisə oldu”. 

Zərərçəkmiş qeyd edib ki, hadisədən əvvəl saat 15 radələrində evdə olduqları vaxt Əsədə Səlimə ilə  görüşməməyi istəyib: 

“Bu zaman Əsəd dedi ki, heç vaxt Səlimədən ayrılmayacaq, onunla görüşməkdə davam edəcək. Yenə də aramızda baş verən mübahisə zamanı Əsəd yumruqla bir dəfə baş nahiyəmdən zərbə vurdu, telefonu məndən aldı. Saat 19 radələrində Əsəd evdən getdi. Telefonu olmadığından həm də Əsədin qorxusundan qaynar xəttə zəng edə bilmədim. Anamın toya getdiyini bilirdim. Gecə saat 1 radələri olardı ki, yatmamışdım. Əsəd evdə yox idi. 

Düşündüm ki, Səlimənin yanına gedib. Fürsətdən istifadə edərək yaxınlıqda yaşayan anamın yaşadığı evə getdim. Saat 2 radələri olardı anam toydan gəldi. Ərim Əsədin döyməsini anama bildirdim. Təxminən 15-20 dəqiqədən sonra anamın telefonu ilə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttə zəng vurdum və ərim tərəfindən döyülməyim barədə məlumat verdim. Dava-dalaş zamanı evimizdə kənar şəxs olmayıb. Dava-dalaş 3-4 dəqiqə davam etdi”. 

Cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əsədin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top