Finlandiya Prezidentinin Azərbaycana səfəri başlayıb

COP29 11 noyabr 2024, 08:46

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Demokrat.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Finlandiya Prezidentini Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top