Qazaxıstanda Mi-8 sərt eniş etdi — Ölən var

DÜNYA 09 noyabr 2024, 20:27
Qazaxıstan Müdafiə Nazirliyinə məxsus olduğu ehtimal edilən Mi-8 helikopteri ölkənin Aktobe vilayətinin Marktuk rayonunun Sarıjar kəndi yaxınlığında sərt eniş edib.

Demokrat.az
Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarədə 3 nəfər olub, onlardan biri dünyasını dəyişib. Yaralılar təyyarə ilə Aktobe rayon mərkəzinə aparılıblar.

Xilasetmə qurumunun məlumatına görə, hadisə yerində yanğın da baş verib. Hadisə yerinə gələn Fövqəladə Hallar Departamentinin əməkdaşları yanğını söndürüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top