8 Noyabr - Zəfər Günü xalqımızın böyük bayramıdır — Polad Bülbüloğlu

GÜNDƏM 08 noyabr 2024, 14:04
8 Noyabr - Zəfər Günü hamımız üçün çox əzizdir.

Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin deputatı Polad Bülbüloğlu deyib.

"Biz bu günü Şuşada, Şuşa sakinləri ilə bir yerdə keçirdirik. Bu gün bütün xalqımızın böyük bayramıdır. Mən buradan bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Həmişə millətimiz zirvələrdə olsun.

Mən Prezidentimizə dərin təşəkkürümü bildirmək istəyirəm ki, bu günləri bizə bəxş etdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Bu bayramı Şuşada keçirmək çox böyük bir xöşbəxtlikdir”, - deyə o əlavə edib. (Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top