Sevda 28 kiloqram arıqlayıb

ŞOU-BİZNES 07 noyabr 2024, 20:21
Müğənni Sevda Yahyayeva 28 kiloqram arıqlayıb.

Bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. O, pəhriz sahəsində artıq çəkilərindən xilas olduğunu bildirib:

"28 kiloqram arıqlamışam. Hələ 5 kiloqram da çəki atmalıyam. Ümumi 33 kiloqram olacaq. Bu çəkini il yarım ərzində atmışam. Bunu pəhrizlə etmişəm. İdman məsələsinə gəldikdə isə uşaqlarla evdə demək olar ki, hər gün idman etmiş oluram".

Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla ailəlidir. Cütlüyün 2 qız övladı var.(axsam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top