“Türk dövlətləri arasında bütün sahələr üzrə inteqrasiya vacibdir. Bütün sahələrdə vahid güc mərkəzini sistemli bir şəkildə tənzimləmək lazımdır. Avropa Birliyi və digər birliklər olduğu kimi türk dövlətləri də vahid güc ətrafında birləşməlidir. Bir dövlətə edilən pislik bütün türk dövlətlərinə edilən təcavüz, pislik kimi dəyərləndirilməlidir. İstənilən böhran vəziyyətində bütün türk dövlətlərinin problemi birgə həll olunmalıdır. Siyasi, iqtisadi, maliyyə, təhlükəsizlik problemləri həll olunarkən hərbi əməkdaşlıq məsələsi də xüsusi önəm daşıyır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
N.Miri qeyd edib ki, bu gün yeni dünya nizamı yaradılarkən türk dövlətləri hansısa bir güc mərkəzinin yanında olub onu daha da gücləndirmək əvəzinə öz birliyini yaratmalıdır:
“Bu gün nə qədər inteqrasiya etsəniz də, vahid hərbi güc birliyi kimi fəaliyyətiniz olmadığı təqdirdə heç kim sizinlə hesablaşmaz. Bunun üçün cəzbedici güc mərkəzinə çevrilmək lazımdır. Coğrafi nöqteyi-nəzərdən baxsaq, bu gün Türkiyədən, Anadoludan, Qara dənizdən başlayaraq Qafqazları, Xəzər dənizini əhatə edən və Orta Asiyayadək uzanan bir ərazini görərik. Avrasiya dünyanın göbəyi deməkdir, əbəs yerə deməyiblər ki, kim Avrasiyaya sahib olacaqsa, dünyaya da hökmranlıq edəcək.
Bu gün Avrasiyanın nəbzi məhz bizdə vurur. Buna görə də Azərbaycan Prezidentinin Bişkekdə TDT-nin iclasında hərbi əməkdaşlığı gücləndirməklə bağlı açıqlaması böyük əhəmiyyət daşıyır. İqtisadiyyat, mədəniyyət, logistika, müdafiə, ticarət, təhlükəsizlik – hamısı bir olmalıdır. Düşünürəm ki, artıq türk dünyası üçün birlik olmağın zamanıdır, yoxsa, kimlərəsə xidmət etməli, onları gücləndirməli olacağıq. Amma hədəfimiz “qızıl alma” olmalıdır. Məsələlərə daha ciddi, strateji nöqtədən baxmaq lazımdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev Bişkekdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasında iştirak edib. Dövlət başçısı çıxışında TDT-yə üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb. İlham Əliyev son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da genişləndiyini, birgə hərbi təlimlərin keçirildiyini vurğulayıb.
Törə Zeynallı
Demokrat.az