İspaniya hökuməti daşqın qurbanlarına 10 milyard avrodan çox vəsait ayıracaq

DÜNYA 05 noyabr 2024, 17:59
İspaniya hökuməti daşqınlara qarşı ilk yardım paketinin bir hissəsi olaraq təxminən 10,6 milyard avro ayıracaq. 

Demokrat.az
xəbər verir ki , bunu krallığın Baş naziri Pedro Sançes bildirib.

Onun sözlərinə görə, müvafiq qərar Nazirlər Şurasının iclasında qəbul edilib. 

Vəsait ev təsərrüfatlarına, şirkətlərə, fərdi sahibkarlara və yerli qurumlara veriləcək.
Görülən bütün bu ilk tədbirlərin ümumi investisiya həcmi 10,6 milyard avronu keçəcək.

Oktyabrın sonunda İspaniya son 30 ilin ən böyük daşqını yaşadı. Güclü yağışlar Valensiya muxtar icmasını və bir sıra digər əraziləri vurub. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top