“Zəngəzur dəhlizi ölkələrimizin inkişafına böyük töhfə verəcək” — Zaur İbrahimli (FOTOLAR)

DAXİLİ SİYASƏT 05 noyabr 2024, 15:11
Bu gün keçirilən "Zəngəzur dəhlizi - Yeni İpək Yolunun mühüm hissəsi" mövzusunda beynəlxalq konfransda regionun nəqliyyat və iqtisadi inkişaf potensialı geniş şəkildə müzakirə edildi.

Demokrat.az QHT.az-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli Zəngəzur dəhlizinin strateji əhəmiyyətini vurğuladı. O, vətəndaş cəmiyyəti, analitik mərkəzlər və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin bu cür müzakirələrə qatılmasının önəmini qeyd edərək, mövzunun həm regional, həm də beynəlxalq səviyyədə böyük aktuallıq kəsb etdiyini bildirdi:

"Bu cür müzakirələr Azərbaycan analitiklərinin, vətəndaş cəmiyyətinin və mərkəz nümayəndələrinin Zəngəzur dəhlizi ilə bağlı prosesləri daha yaxşı anlamaq və beynəlxalq müstəvidə riskləri və imkanları vurğulamaq üçün mühüm əhəmiyyət kəsb edir. Biz bu müzakirələrdə ictimai təşəbbüslərlə dəstəkləmənin effektiv yollarını öyrənirik. Zəngəzur dəhlizi qədimdən bəri iqtisadi inkişafın təməlini təşkil edən yolların bir parçası olaraq, ölkələr arasındakı əlaqələri möhkəmləndirəcək və regionun inkişafına töhfə verəcək. Dəhlizin iqtisadi potensialına gəlincə qeyd edim ki, o Azərbaycan və region ölkələri üçün strateji üstünlük təmin edəcək".

Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi tərəfindən təşkil olunub.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top