Tramp ABŞ-ın milli borcundan xilas olmaq üçün yol tapdığını deyib

DÜNYA 04 noyabr 2024, 21:21

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp istehza ilə ABŞ-ın nəhəng dövlət borcundan xilas olmaq üçün yol tapdığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, o, bu barədə tərəfdarları ilə təkbətək görüşdə danışıb.

“Bəlkə biz ABŞ-ın 35 trilyon dollar borcunu kriptovalyuta ilə ödəyəcəyik. Kiçik bir kağız parçasına yazacam: “35 trilyon dollar kriptovalyuta – borcumuz yoxdur”. Bu mənim xoşuma gəlir.”, - deyə Tramp bildirib.

Bundan əvvəl amerikalı sahibkar İlon Mask ABŞ-ın yüksək dövlət xərclərinə görə iflasla üzləşə biləcəyini bildirmişdi.

2023-cü ildə qlobal dövlət borcu 100 trilyon dolları ötüb. Bu borcun təxminən üçdə biri ABŞ-ın payına düşür.

Bu ilin iyul ayında ABŞ-ın borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçib. Analitiklərin fikrincə, yaxın onillikdə Amerikanın dövlət borcunun həcmi 54 trilyon dollara çata bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top