ABŞ: NATO Ukraynaya əlavə dəstək verməkdən qorxur

DÜNYA 01 noyabr 2024, 20:56
NATO ölkələri Rusiya ilə münaqişənin gərginləşməsindən ehtiyat edərək Ukraynaya əlavə hərbi dəstək verməkdə tərəddüd edir.

Demokrat.az
xəbər verir ki, Bloomberg bu barədə Qərb rəsmilərinə istinadən məlumat yayır. 

Agentliyin fikrincə, Amerika rəsmiləri arasında müharibənin gedişi ilə bağlı artan ümidsizlik hissi var. ABŞ seçkilərinin nəticəsi Kiyevin əlverişsiz şərtlərlə sülhü qəbul etməyə məcbur edilməsinə və ya müharibənin davam etmək perspektivi ilə üzləşməsinə səbəb ola bilər. 

Bloomberg-in qeyd etdiyi kimi, oxşar fikirlər Ukraynada artıq hökm sürür, bunu hətta sosioloji sorğunun məlumatları da sübut edir.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 dekabr 2024, 22:53
Top