Gürcüstan hakimiyyəti LGBT təbliğatına qarşı qanunu ləğv edəcəkmi?

DÜNYA 01 noyabr 2024, 16:10
Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası sentyabrda qəbul olunmuş LGBT təbliğatını qadağan edən qanunu hətta ölkənin işini çətinləşdirsə belə, ləğv etməyəcək.

Demokrat.az
xəbər verir ki, bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.

"Bizə Aİ-yə inteqrasiya etmək üçün 2 və ya 3 il gecikmək daha yaxşıdır. Lakin biz heç vaxt LGBT təbliğatına qarşı qanunu ləğv etməyəcəyik", - deyə Mdinaradze brifinqdə deyib.

Onun sözlərinə görə, gənclərin gələcəyini başqaları öz ticari siyasi məqsədlərinə nail olmaq üçün dəyişdirə bilməyəcək.



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top