“Şimali Koreya Kursk bölgəsinə 8 min əsgər göndərib” — Blinken

DÜNYA 01 noyabr 2024, 11:58
“Rusiya ərazisində olduğu iddia edilən 10 min Şimali Koreya hərbçisindən 8 mini Kursk bölgəsinə köçürülüb”.

Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.

“Biz KXDR və Rusiya arasında dərinləşən təhlükəsizlik münasibətlərinə cavab vermək üçün avropalı tərəfdaşlarla işləyirik. Bizim hesablamalarımıza görə, hazırda Rusiyada 10 minə yaxın Şimali Koreya əsgəri var, ən son məlumatlara görə isə 8 minə qədər Kursk bölgəsinə yerləşdirilib. Biz bu qoşunların Ukrayna qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiyini görməmişik, lakin biz bunun yaxın günlərdə baş verəcəyini gözləyirik”, - Blinken deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 noyabr 2024, 13:57
01 noyabr 2024, 13:25
Top