Məşhur şirkət 3 ayda 95 milyard dollar qazanıb

MARAQLI 01 noyabr 2024, 14:02
"Apple" 2024-cü ilin dördüncü maliyyə rübü üçün maliyyə nəticələrini açıqlayıb. Bu rüb 30 iyunda başlayıb, sentyabrın 28-də ABŞ-da başa çatıb. 

Demokrat.az
xəbər verir ki, hesabatda rekord göstəricidən bəhs edilib.

"Apple"ın rübdə ümumi gəliri illik müqayisədə 6% artaraq 94,93 milyard dollar təşkil edib. Bununla belə, xalis mənfəət təxminən 10 milyard dollar azalıb - keçən ilki 23 milyard dollardan 14,74 milyard dollara qədər azalma İrlandiya hökumətinə 10,2 milyard dollar məbləğində vergi borcunun ödənilməsi ilə bağlıdır.

Səhm üzrə qazanc, birdəfəlik ödəniş istisna olmaqla, keçən ilki 1,46 dollardan 1,64 dollara qədər artıb.

"iPhone" satışları şirkətə 46,22 milyard dollar (artım 5,5%), "Mac" kompüterləri 7,74 milyard dollar (+1,71%), "iPad" 6,95 milyard dollar (+7,87%) qazandırıb.

Geyinilə bilən əşyalar, ev və aksesuarlar seqmenti 9,04 milyard dollar gəlirlə 3% azalıb, xidmətlər isə illik müqayisədə 11,91% artaraq 24,97 milyard dollar qazanıb.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top