İspaniyada daşqın nəticəsində ölənlərin sayı 140-a çatıb

DÜNYA 31 oktyabr 2024, 20:13
İspaniyada güclü yağışla müşayiət olunan və daşqınlara səbəb olan fırtına nəticəsində azı 140 nəfər ölüb.

Demokrat.az
xəbər verir ki, bu barədə EFE agentliyi məlumat verib.

Eyni zamanda jurnalistlər qeyd ediblər ki, hazırda yalnız 95 ölüm rəsmi təsdiqlənib. Səlahiyyətlilərə görə, onlardan 92-si Valensiyada baş verib. 

Güclü yağışlar Valensiya muxtar icmasını və bir sıra digər əraziləri vurub.

Bir gün əvvəl Krallığın ərazi siyasəti naziri Anxel Viktor Torres İspaniya Nazirlər Kabinetinin yağışlar və daşqınlar nəticəsində həlak olan insanlar üçün rəsmi matəm elan etmək qərarına gəldiyini açıqlamışdı. 

Təbii fəlakət fonunda İspaniyanın dövlət meteoroloji agentliyi AEMET Valensiyada qırmızı, Əndəlüsün bəzi yerlərində narıncı həyəcan siqnalı verib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top