Ermənistanda COP17 konfransı keçiriləcək

REGİON 01 noyabr 2024, 11:38
Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına (COP17) ev sahibliyi edəcək.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Akop Simidyan sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, hazırda Kolumbiyada keçirilən COP16 konfransının iştirakçısı olan ölkələr 65 səslə tədbirin növbəti ev sahibi kimi Ermənistanı seçiblər.

Qeyd edək ki, COP16 konfransı oktyabrın 21-dən noyabrın 1-dək Kolumbiyanın Kali şəhərində keçirilir.

Tədbir ekoloji problemlərin müzakirəsinə və iqlim dəyişikliyinin dayandırılması və biomüxtəlifliyin qorunması üçün razılaşdırılmış həllərin əldə edilməsinə həsr olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top