Alimlər keçəllik və qalxanabənzər vəz arasında əlaqə tapıblar

MARAQLI 01 noyabr 2024, 16:04
Çin alimləri  qalxanabənzər vəzi xəstəliyi və yamaqlı keçəllik arasında mümkün genetik əlaqəni müəyyən ediblər.

Demokrat.az
xəbər verir ki, bu barədə HealthDay  məlumat yayıb. 

Alimlər Finlandiyanın Biobankından yüz minlərlə insanın genetik məlumatlarını, eləcə də digər tədqiqatların hazır məlumatlarını təhlil ediblər. Tədqiqatlara görə minlərlə insan qalxanabənzər vəzi xəstəliyi və/və ya yamaqlı keçəllikdən əziyyət çəkir.

Hipotiroidizm (tiroid hormonlarının çatışmazlığı), hipertiroidizm (tiroid hormonlarının artıqlığı) və Haşimoto xəstəliyi (tiroid vəzinin otoimmün iltihabı) yamaqlı keçəlliklə genetik olaraq əlaqələndirilib.

Nəticələr bu xəstəliklərin oxşar mexanizmlərə malik ola biləcəyini göstərə bilər. Bu kəşf otoimmün xəstəlikləri daha yaxşı başa düşməyə və onlara qarşı yeni müalicə üsullarını inkişaf etdirməyə kömək edəcək.


Əfsanə Kamal
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top