İranda son 24 ildə 131 kişinin barmaqları kəsilib

REGİON 31 oktyabr 2024, 18:44
İranda iki kişinin barmaqları oğurluğa görə məhkəmə qərarı ilə amputasiya edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Daily Mail yazır. 

İranda məhkəmə oğurluqda təqsirli bilinən iki nəfərin barmaqlarının kəsilməsinə qərar verib.  Urmiya şəhərindəki həbsxanada baş verən bu hadisə şəriət qanunlarının tətbiqində nisbətən nadir hal alıb.Hüquq müdafiəçilərinin məlumatına görə, kürd əsilli Şahab və Mehrdad Teymuri qardaşları 2019-cu ildə həbs ediliblər. Hökm icra olunduqdan sonra onlara tibbi yardım göstərilmək üçün xəstəxanaya köçürülüb.KİV-in məlumatına görə, 2000-ci ildən İran hakimiyyəti ən azı 131 kişinin barmaqlarını amputasiya edib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top