“Azərbaycan-Ermənistan sərhədində öz dırnaqrası missiyasını yerinə yetirən Avropa İttifaqının mülki müşahidə missiyasının vizual kəşfiyyatçılardan ibarət olduğu məlumdur. Hətta onlar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının dislokasiyası haqqında məlumatları da ötürəndə bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanatla çıxış etmişdi. Birmənalı şəkildə məlumdur ki, bu kəşfiyyatçılar sərhədin hər qarışının, hətr metrinin monitorinqini keçirir və toplanmış məlumatları da özlərinin müvafiq kəşfiyyat qurumlarına ötürürlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. A.Nağıyev bildirib ki, Fransa bayrağı altında olan avtomobilin sərhədə gəlişinə dövlət səviyyəsində icazə verilib:
“Bu, Fransanın Ermənistandakı səfirliyinin avtomobili də ola bilər, daha doğrusu Fransanın Ermənistandakı rezidenturasının. Bu və ya digər şəkildə pərdələnərək özlərini birinci katib, ikinci katib adlandıra bilərlər. Aİ missiyasının sərhədə gəlməsini də onlar təşkil etmiş ola bilər. Hiss olunur ki, bu missiyanın kuratoru fransızlardır”.
Millət vəkili qeyd edib ki, Azərbaycan bütün bunları görür və ciddi nəticələr çıxarır:
“Fransa və Ermənistanın digər havadarları da bilməlidirlər ki, belə addımlar sülh müqaviləsinin imzalanmasına mane olan addımlardır. Sülh müqaviləsinin imzalanmaması yeni münaqişə ocağının yaranmasına gətirib çıxara bilər. Bu, tək regional deyil, eyni zamanda qlobal məsələyə çevrilə bilər.
Sülh Azərbaycandan çox Ermənistana lazımdır. Bu addımları atmaqla onlar regionda nüfuzlarını qaldırmağa çalışırlar, guya, ermənilərin yanındadırlar. Rusiya bunun cavabını verməlidir, verəcək də. BMT və digər beynəlxalq təşkilatlar da bu məsələdə öz fikirlərini bildirməlidir”.
Törə Zeynallı
Demokrat.az